Menu

"Azərbaycanla sülh sazişi əldə etməyə hazırıq" - Ermənistan Parlamentinin sədri

04.05.2023, 22:51
"Azərbaycanla sülh sazişi əldə etməyə hazırıq" - Ermənistan Parlamentinin sədri

"Ermənistan Respublikasının Azərbaycana qarşı ərazi iddiası yoxdur. Biz sülh razılaşması əldə etməkdə qərarlıyıq və buna hazırıq. Türkiyəsiz bu bölgədə sülhün bərqərar olması mümkün deyil".

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Ermənistan Parlamentinin sədri Alen Simonyan Anakarada Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla baş tutan görüşdən sonra jurnaliatlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Ermənistan münasibətlərin normallaşması üçün addımlar atmağa hazırdır və bu məsələdə tam səmimidir: "Ermənistan Respublikasının Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur. Biz qətiyyətliyik və sülh sazişi əldə etməyə hazırıq. Regionun ticarətə açılmasında heç bir problem görmürük”.

Şərhlər

Senan 2023-05-05 07:43:59

Sən haysan, haylarla heç zaman normal danışıq səmərə verməyib.bu tarixən də belə olub.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol