Mayın 4-də “Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Şabran rayon təşkilatı tərəfindən tədbir keçirilib.
“AzPolitika.info” xəbər verir ki, tədbirdə çıxış edən YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Ulu Öndərin torpaq, vətən sevgisindən irəli gələn addımlarından, dövlətimiz, xalqımız qarşısında xidmətlərindən geniş bəhs edərək bildirib ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan ümummilli lider Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. “Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycanın dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir”, - millət vəkili vurğulayıb.

Sadiq Qurbanov həmçinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin və Xaçmaz Regional Mədəniyyət İdarəsinin Siyəzən şəhərində təşkil etdiyi "Heydər Əliyev–Azərbaycan, Azərbaycan–Heydər Əliyev!" mövzusunda keçirilən tədbirə qatılıb və nitq söyləyib.
“AzPolitika.info”







Şərhlər