Menu

Ağsu sakini intihar edib

05.05.2023, 17:26
Ağsu sakini intihar edib

Ağsu rayon sakini intihar edib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Tofiq İsmayılov küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1970-ci il təvəllüdlü Q.Əhmədov yaşadığı evdə özünü asıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Ağsu Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

dadaşyev 2023-05-05 17:47:30

Özünü asıb,yoxsa asılmış halda meyiti tapılmışdır?Asılanların hamısı özünü asır ki?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol