Mayın 3-də Rusiyanın Taman limanı yaxınlığında “Tamannefteqaz” şirkətinin bazasında baş vermiş yanğının peyk görüntüləri yayılıb.
“AzPolitika.info” “Svoboda” radiosuna istinadla xəbər verir ki, fotolarda dnoz zərbələri nəticəsində yanan çənlər aydın görünür.
Bundan başqa aprelin 29-da ilhaq edilmiş Sevastopol limanındakı neft anbarına dəyən zərərin miqyasını daha ətraflı əks etdirən yüksək ayırdetmə qabiliyyətinə malik peyk fotoşəkilləri də yayılıb. Görüntülərdən birində bir neçə böyük neft çənlərinin yandığı görünür.
Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra dronlar ilhaq edilmiş Krımda və Rusiya ərazisindəki obyektlərə, o cümlədən neftayırma zavodlarına və neft anbarlarına dəfələrlə hücum edib.
Mayın 5-i səhər satlarında Krasnodar diyarında pilotsuz təyyarənin hücumu nəticəsində İlski neft emalı zavodunun ərazisində yanğın baş verib. Bu, sözügedən zavodda son iki gündə baş vermiş ikinci belə hadisədir. Dünən neft emalı zavoduna eyni anda dörd pilotsuz təyyarə ilə hücum edilib. Nəticədə 400 kvadratmetr sahədə neft məhsulları olan çənlər yanıb.
Rasim
“AzPolitika.info”


Şərhlər