"Siyasətin təbitəinə xas olan xoş rəqabətin siyasi ədavətə çevrilməsinə imkan verməyək"
"Allahın izni ilə tariximizin ən mühüm seçkisi olan 14 maydan bir daha qalibiyyətlə çıxacağıq".
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında paylaşım edib.
Türkiyə lideri bildirib ki, seçkilərdə AK Partiyanın zəfər qazanması etnik mənşəyindən, məzhəbindən, dünyagörüşündən asılı olmayaraq, bütün Türkiyənin qalib gəlməsi olacaq: "Allahın izni ilə tariximizin ən mühüm seçkisi olan 14 Maydan qələbə ilə çıxacağıq. Bu seçkilərdə kimsə məğlub olmayacaq. 85 milyonluq hər bir insan, gənc və ya qoca, kişi və qadın, hər kəs qalib olacaq. Şərqdə, qərbdə, şimalda və cənubdau olan 81 əyalətimizdəki vətəndaşlarımızın hamısı qalib gələcək. Türk, kürd, ərəb, sünni, ələvi ilə birlikdə cəmiyyətimizin bütün təbəqələri, Türkiyənin bütün rəngləri qalib gələcək. Xristianlar, yəhudilər və asurilər də daxil olmaqla, müxtəlif dinlərə mənsub olan bütün vətəndaşlarımız qalib gələcək.
![]()
AK Partiyanı və "Cumhur ittifaqı"nı dəstəkləyənlər qədər CHP, İYİ Partiya, Səadət Partiyası və digər partiyalara könlünü vermiş vətəndaşlarımız da qalib gələcək. Asiya və Afrikada xalqımızla birlikdə “Daha ədalətli dünya mümkündür” çağırışımıza qulaq asan yüz milyonlarla insan qalib gələcək. Ay-ulduzlu qırmızı bayrağımızı görəndə rahatlıq tapan, özünü təhlükəsiz hiss edən soydaşlarımız qalib gələcək. Ölkəmizdə və bütün dünyada Türkiyənin uğuru üçün dua edənlər qazanacaq. Yəni etnik mənşəyindən, məzhəbindən, dünyagörüşündən asılı olmayaraq, bütün Türkiyə qalib gələcək. Könül dünyamızdak bacı-qardaşlarımız qalib gələcək, məzlumlar, ədalətsizıiə uğrayanlar qalib gələcək".
Ərdoğan vurğulayıb ki, 14 may hamının qürur günü, türk demokratiyasının bayramı olacaq: "Bu səbəbdən heç kim narahat olmamalı, heç kim özünü məğlub olmuş , kənarda qalmış hiss etməməlidir. Heç kim ölkəmizin parlaq və firavan gələcəyinə inamını itirməməlidir. Xahiş edirəm, siyasətin təbitəinə xas olan xoş rəqabətin siyasi ədavətə çevrilməsinə imkan verməyək. Bu torpaqda birliyimizin, həmrəyliyimizin, min illik qardaşlığımızın qayğısına qalaq. Ünsiyyətimizi gücləndirək, inciklikləri aradan qaldıraq, başqa bir münasibətlər quraq. Allah qardaşlığımızı daimi etsin".

Şərhlər
Helelik Turkiyeni mohkem bir zehniyyet sahibi idare etmelidir! Sonra her shey qaydasina dushecek, Allah Erdogani qorusun, Turk xalqi duzgun secim etsin.