Menu

“Torpaqları siz satmısınız...” - Paşinyanın Çexiya səfərində qalmaqal

06.05.2023, 11:22
“Torpaqları siz satmısınız...” - Paşinyanın Çexiya səfərində qalmaqal

“9 noyabr sazişini imzalamasaydım 30 min əsgər əsir düşəcəkdi”

Məlum olduğu kimi, Ermənistan Baş naziri Nikol Paşinyan Çexiyaya rəsmi səfərə gedib.

“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, səfər çərçivəsində Paşinyanın erməni icması ilə görüşü keçirilib. Həmin görüşün çox gərgin atmosferdə və qarşılıqlı ittihamlarla müşayiət olunduğu xəbər verilir.

Belə ki, Çexiyada yaşayan ermənilər Paşinyanı satqınlıqda və “torpaqları satmaqda” günahlandırıblar. Paşinyanın cavabı sərt olub və əsl satqının o yox, Ermənistanı qoyub qaçan ermənilər olduğunu deyib: “Siz 9 noyabr razılaşmasını nəzərdə tutursunuz? Yoxsa mənim həmin vaxta qədər heç nə etmədiyimi? Bütün danışıqlar prosesi boyunca ərazi güzəşti əsas məsələ olub. Əgər kimsə(Ermənistanın əvvəlki rəhbərliyində-red.) deyirsə ki, torpaqları güzəştə getməyəcəkdi, yalan deyir! Mən 9 noyabr sazişini imzalayarkən başa düşürdüm ki, əks halda 30 min əsgər əsir düşəcək... Vətən harada yaşayırsansa, oradır. Torpaqları siz satmısınız, necə ki, qələbə ilə əldə olunmuş torpaqları ataraq gəlib Praqada xoşbəxt həyat yaşayırsınız”.

“AzPolitika.info”

Şərhlər

Azərbaycanlı 2023-05-06 14:49:39

да-да г-н Пшинян запомните подлецы поступает с чесными людми как с подлецами--не верте подлецам которое заствляет вас с нами воеват--ибо ВОЙНА-это способ таких подлецов зашитит свои интересы и амбиции--посылая детей среднего и бедного классов на бессмысленный смерт. Нелзя войти в дом соседа без его разрешения--ты единственный порядочный арянин.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol