Menu

“Qorxaqlıq heç vaxt əxlaqi ola bilməz” - “Ermənistan rəhbərləri bunu unutmamalıdırlar”

06.05.2023, 11:47
“Qorxaqlıq heç vaxt əxlaqi ola bilməz” - “Ermənistan rəhbərləri bunu unutmamalıdırlar”

“Blinken və Sallivanın himayəsi altında Vaşinqtonda Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar ABŞ-ın Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına istəyini nümayiş etdirir”.

“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ-d yaşayan təhlilçi Ramiz Yunus xarici işlər nazirlərinin Vaşinqton danışıqlarını şərh edərkən deyib.

“Amerikalıların buna nail olub-olmaması böyük sualdır, çünki hər şey hazırkı Ermənistan liderlərinin siyasi iradəsinin olmamasından asılıdır. Hansi ki 1999-cu ildə Ermənistandakı rusiyapərəst qüvvələr tərəfindən parlamentdə gülləmədən sonra olduğu kimi, ölkədə sabitliyin pozulmasının təkrarlanmasından qorxurlar. Mahatma Qandinin dediyi kimi: “Qorxaqlıq heç vaxt əxlaqi ola bilməz” və Ermənistan rəhbərləri bunu unutmamalıdırlar”, - təhlilçi qeyd edib.

“AzPolitika.info”

Şərhlər

dadaşyev 2023-05-06 15:54:28

ABŞ və Avropa Birliyinin əsas məqsədi odur ki,Rusiya bu bölgədən çıxsın.Ulan,Rusiya nədirsə sizlər də o deyilsinizmi?Rus bazaları gedərsə yerində sizin bazalarınız olmayacaqmı?Azərbaycan üçün dəyişən nə olacaq?Ortodoks-pravoslav bazaları yerinə Katolik-protestant bazaları.O da ermənipərəst,bu da.Yəni bizlər üçün dəyişən nə olacaq,onu deyin,bilək,işimizi ona görə quraq.Boş-boş görüşlərlə,sövdələşmələrlə başımızı qatmayın.Həm ortodokslar,həm katolik-protestantlar Konstantinopol-Bizans həvəsli,sizlərin bir tək məqsədiniz var,türk deyilən varlığı bu bölgədən sıxışdırıb çıxardaraq Asiyaya göndərmək.Təməl fikriniz budur yəni.Açıqca deyə bilmirsinizmi?Bilmirsinizsə,buyurun,mən yoldaş dadaşyev dedim.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol