Menu

Latviya XİN İranda İsveç vətəndaşının edamını pisləyib

06.05.2023, 14:20
Latviya XİN İranda İsveç vətəndaşının edamını pisləyib

“Ölüm cəzası bütün hallarda qeyri-insani cəzadır”.

“Report” xəbər verir ki, bunu Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs tviterdə yazıb.

“Bu gün İran hakimiyyəti tərəfindən İsveç və İran vətəndaşı olan Həbib Çəəbin edam edilməsini qətiyyətlə pisləyirəm”, - deyə o bildirib.

Qeyd edək ki, Əhvazın Azadlığı Uğrunda Ərəb Mübarizə Hərəkatının keçmiş lideri, siyasi məhbus Həbib Əsyud (Fərəcullah Çəəb) bu gün İranda edam olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol