Rusiya 10 aydır şiddətli döyüşlərin getdiyi Baxmut şəhərində qadağan olunmuş silah növündən istifadə edib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi tərəfindən yayımlanan videoda Rusiya qüvvələrinin Baxmutu ağ fosfor bombalarıyla atəşə tutduğu, nəticədə şəhərin müxtəlif yerlərində yanğınların baş verdiyi görünüb. Dəhşətli görüntülərin nə vaxt çəkildiyi qeyd olunmayıb.
Ukrayna hərbi komandanlığı Moskva qüvvələrini “şəhəri dağıtmaqda” ittiham edib.
Qeyd edək ki, toksik xüsusiyyətlərə malik ağ fosor bombası ən ölümcül silah növlərindən hesab olunur. Bu döyüş vasitələri havayla reaksiyaya girərək, ərazidə şiddətli yanğınlara səbəb olur. BMT-nin 1980-ci il “Bəzi Silahların növlərinə dair Konvensiyası” sözügedən silahın mülki hədəflərə qarşı istifadəsini qadağan edir.
“AzPolitika.info”


Şərhlər