Vətəndaş R.Nəbizadənin Vətən müharibəsi qazisi N.Babayevi vuraraq xəsarət yetirməsilə bağlı polis tərəfindən araşdırma aparılır.
Bu barədə sosial şəbəkələrdə tibb məntəsində qeydə alınmış münaqişənin görüntülərlə bağlı DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.
O, qeyd edib ki, N.Babayevin xəsarətlərinin dərəcəsini müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizanın rəyi alınıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələrilə cinayət işi açılıb.
Araşdırmalar davam etdirilir.


Şərhlər
Milletin zayi cixib
Sahil Babayevin hünəridir ,iki müharibə iştirakçısını bir-birinə düşürür .Bunlar anlamır ki müharibə iştirakçılarının hamısı( bədəncə sağlam olanlar daxil ) mənəvi ,psixoloji tramva alıblar ,80- manatla dolana bilərlər?Verin hamısına əlillik normal pul alsınlar və problem kökündən həll olsun .Pul yoxdur ? Var ,amma onlar üçün yox ,quldur balaları üçün