Menu

Tanınmış plastik-cərrah bağ evində öldürüldü - FOTOLAR

07.05.2023, 12:10
Tanınmış plastik-cərrah bağ evində öldürüldü - FOTOLAR

Ötən gecə Abşeron rayonu, Novxanı kəndi, İlqar Mirzəyev küçəsində yerləşən bağ evində qətl törədilib.

“Qafqazinfo”nun məlumatına görə, saat 00 radələrində Türkiyə vətəndaşı, 1967-ci il təvəllüdlü Muhammet Gündüz həyat yoldaşı, tanınmış plastik-cərrah Türkan Yafəs qızı Gündüzü bıçaqlayıb. Ağır xəsarətlər alan 41 yaşlı qadın hadisə yerində vəfat edib.

Bildirilir ki, Türkan Gündüz ixtisaslı plastik cərrah, proktoloq olub. O, bir sıra tanınmış klinikalarda, eləcə də Türkiyədə “Acıbadem” xəstəxanasında fəaliyyət göstərib, həmçinin vaxtaşırı televiziyalarda qonaq olub. T.Gündüzün son iş yeri Bakıda “City Hospital” klinikası olub.

Qətli törədən Muhammet Gündüzün isə biznes fəaliyyəti ilə məşğul olduğu, onların 14 il əvvəl ailə həyatı qurduğu bildirilir.

Hadisəni törədən M.Gündüz saxlanılıb. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisənin hansı zəmində, hansı şəraitdə və nə səbəbə baş verməsi hələlik məlum deyil, araşdırmalar davam etdirilir.

Şərhlər

Dadasheve 2023-05-07 16:25:07

Guya Azerbaijanliya ere geden gizlarimizin hamisinin eli bala batir? Gunde xeberlerden eshidirik ki arvadini gulleledi ve ya bashini kesdi ve sair. Ona gore her milletin yaxshisi da var pisi de. Taleyi alin yazisini millete baglamag elexsus gardash Turk milletimize kishilikden deyil. Bu sozleri fars yonumlu ve ya rus ermeni yonumlu insanlar fikirleshe biler

Türk 2023-05-07 14:03:58

Türk yoox ---Türk adlı ilə azarbaycanda bizneslə məşğul olanlar var--

dadaşyev 2023-05-07 12:50:19

Allah rəhmət eləsin.Qadınlara qıymayın,ay mənim bəzi heyvan həmcinslərim.Allah deyib ki,qadınlar sizlərə əmanətdir.Yəni qorumalısınız onları,öldürməli deyilsiniz.Problem ortaya çıxıbsa məhkəməyə ərizə ver,boşan,səninki səndə,mənimki məndə.Ümumiyyətlə,mən qabaqlar demişəm,yenə deyirəm,türklər bizim canbir qardaşlarımızdı,amma bizim qadınlar onlara ərə getmək üçün yüz ölçüb biçməlidirlər.Bilin və agah olun ki,bizim oğlanlarda olan səbir,dözüm türk oğlanlarında yoxdu qətiyyən.Günlük Türkiyə məişət xəbərlərinə baxsanız görəcəksiniz.Onların gözü qızğındı,isterikaya çox meyllidirlər,beyinləri döndümü qadınını yox ee,doğma bacı-qardaşını,ata-anasını da öldürər,sonra qadın kimi başlar meyitlərin başı üzərində özünü yerdən-yerə vura-vura ağlamağa,sonra da tapançanı sıxar gicgahına.Bir mənada dəlidirlər yəni bizim oğlanlarla müqayisədə.“Filankəs türkə ərə getdi” deyəndə elə həsəd hissi ilə deyənlər olur ki çox vaxt,sanki filankəs Marsa ərə gedib.Mənsə sakitcə deyirəm sağ-salamat qayıdıb gəlsin.Çünki türkə ərə getmək Marsa yox,Stalinqrad vuruşmasına getmək kimi bir şeydi.

t.ədalət 2023-05-07 12:22:36

Belə qətl hadisələri göstərir ki,Azərbaycan polisi peşəkar və savadlı kadrlardan aralıda qalıb.Rəis kadrlar,əsasən .......ibarətdir.Polisdə aparılan .......ə siyasəti sonda ölkə vətəndaşlarının güvənsiz qalmasına səbəb olub.Xilas yolu polisin jandarm sistemi ilə əvəzlənməsi ola bilər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol