İran Suriyada on minlərlə insanın ölümünə səbəb olan zəlzələ fəlakətindən istifadə edərək, humanitar yardım karvanları ilə Suriyaya hərbi ləvazimatlar göndərib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “The Washington Post” nəşri bu yaxınlarda Pentaqonun internətə sızdırlan məxfi kəşfiyyat sənədlərinə və İsrail rəsmisinə istinadla məlumat yayıb.
ABŞ-ın sızdırılmış kəşfiyyat məlumatlarına görə, İran İraqdakı əlaqələrindən istifadə edərək, İraqdan Suriyaya humanitar yardım maşınları və yüngül silahlar, 30 pilotsuz uçuş aparatı və bəzi hərbi ləvazimatlar göndərib.
ABŞ kəşfiyyatı hərbi materialların İranın Qüds Qüvvələri vasitəsilə göndərildiyini və bu silahların gələcəkdə ABŞ qüvvələrinə qarşı hücumlarda istifadə ediləcəyini iddia edib. Qəzetin əlaqə saxladığı və adının çəkilməsini istəməyən İsrail hərbi rəsmisi Qüds Qüvvələrinin bu cür fəaliyyətlərdə iştirak etdiyini təsdiqləyib.
“AzPolitika.info”


Şərhlər