Menu

“Putinin yeni silahı müharibənin gedişatını dəyişə bilər” – Britaniya nəşri

08.05.2023, 20:03
“Putinin yeni silahı müharibənin gedişatını dəyişə bilər” – Britaniya nəşri

Vladimir Putin döyüş meydanında sürüşən bombalardan istifadə etməyə başlayıb. Bu yeni silah münaqişənin gedişatını dəyişə bilər.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Telegraph” nəşri məlumat yayıb.

Məlumatda rus ordusunun son vaxtlar sürüşən bombalardan aktiv istifadə etdiyi vurğulanıb.

Qeyd olunub ki, sürüşən bombalar qanadları sayəsində hava hücumundan müdafiə sistemlərindən yayına biləcək səviyyələrdə uçuş həyata keçirə bilirlər. 

Həmçinin, bu bombalar Rusiya təyyarələrinə uzaq məsafələrdən hədəfi dəqiq nişan almaq imkanı verir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol