Menu

Tanınmış plastik cərrahı öldürən əri həbs edildi

08.05.2023, 17:47
Tanınmış plastik cərrahı öldürən əri həbs edildi

Arvadını qətlə yetirməkdə ittiham olunan Türkiyə vətəndaşı Muhammet Gündüz barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Trend-in məlumatına görə, Abşeron Rayon Məhkəməsində qapalı keçirilən iclasda istintaq orqanının təqdimatı təmin edilib.

Qərara əsasən, Muhammet Gündüz barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Muhammet Gündüz məhkəmədə hadisəni qısqanclıq zəminində törətdiyini, əməlindən peşman olduğunu deyib.

Qeyd edək ki, dünən-mayın 7-si 1982-ci il təvəllüdlü Türkan Gündüzün ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Muhammet Gündüzün aralarında yaranmış mübahisə zamanı arvadı Türkanə Gündüzə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Muhammet Gündüz şübhəli şəxs qismində tutulub.

Qətlə yetirilən Türkan Gündüz tanınmış həkim olub. O, ölümünə qədər hospitallardan birində plastik cərrah kimi fəaliyyət göstərib.

Şərhlər

dadaşyev 2023-05-08 21:42:30

Mən keçən şərhimdə dedim deyə az danışmaq istəyirəm,amma vallah qəlbim doludur.Kişilər,qıymayın Azərbaycan qadınlarına.Baxın,oxumuş savadlı təcrübəli həkimdir,cəmisi on milyonuq,qıymayın yau kardeşim qadınlara.Cəmiyyətə oxumuş savadlı təcrübəli qadınlar lazımdır ki,uşaqlarımızı gələcək cəmiyyətimizə hazırlsasınlar.Görürsünüzmü indi iran necə qaranlıqdır?Niyə qaranlıqdır?Çünki qırx il bürünüb cəmiyyətdən uzaq qalmış yazıq analar uşaqları daha necə tərbiyə edə bilərdilər ki?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol