Menu

Milli Məclisin komitə sədri Manisa şəhərinin valisi ilə görüşüb - FOTOLAR

09.05.2023, 11:54
Milli Məclisin komitə sədri Manisa  şəhərinin valisi ilə görüşüb - FOTOLAR

Qardaş Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Türkiyənin Manisa şəhərinin valisi ilə görüşüb.

"AzPolitika.info"-nun məlumatına görə, tədbirdə çıxış edən YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, YAP və AK parti arasında əməkdaşlıq çox uğurlu nəticəyə malikdir.

Sonra çıxış edən Manisa valisi Yaşar Karadeniz qeyd edib ki, Azərbaycan və Türkiyə Heydər Əliyevin də dediyi kimi "iki dövlət, tək millətdir".

Sonda hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib. Milli Məclisin deputatı Sadiq Qurbanov Manisa valiliyinin xatirə kitabına ürək sözlərini yazıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol