Avropa İttifaqı Şurası mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüsseldə görüşəcəyini təsdiqləyib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə qurumun bəyanatında deyilir. Qeyd olunur ki, Aİ Şurasının Prezidenti Şarl Mişel blokun Cənubi Qafqazda sabitliyin və iki ölkə arasında normallaşmanın təşviqi niyyətilə Ermənistan və Azərbaycan liderləri ilə sıx əlaqə saxlayır.
Bəyanatda deyilir ki, liderlər 2023-cü il mayın 14-də Brüsseldə yenidən üçtərəfli görüş keçirməyə razılaşıblar. Onların müzakirələrindən sonra, 2023-cü il iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin (EPC) sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz ilə görüş keçiriləcək.
Liderlərin üçtərəfli Brüssel görüşlərini "zəruri olduğu qədər tez-tez davam etdirməyə razılaşdığı” vurğulanır.
Şarl Mişel Ermənistan, Azərbaycan, Fransa və Almaniya liderlərini bu ilin oktyabrında Qranadada növbəti EPC sammiti çərçivəsində ikinci dəfə görüşməyə dəvət etmək niyyətini də açıqlayıb.
Avropa İttifaqı Şurasının açıqlamasından belə çıxır ki, oktyabra qədər sülh sazişi imzalamaq mümkün olmayacaq. Görünür, Ermənistanın Qərbdəki himayədarlarını sülh deyil, Qarabağın Azərbaycandan necə qopardılması maraqlandırır.
“AzPolitika.info”


Şərhlər
Fikir verirsinizmi hər vasitə ilə Fransanı oyuna soxmaq istəyirlər.