Menu

PKK-nın PUA istehsalçısı zərərsizləşdirilib

09.05.2023, 12:32
PKK-nın PUA istehsalçısı zərərsizləşdirilib

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) İraqın şimalındakı Qara bölgəsində keçirdiyi əməliyyat çərçivəsində PKK/KCK-nın xüsusi təyinatlı aviasiya bölməsinin səlahiyyətli şəxslərindən biri, Dəniz Bahri kod adlı Tekin Okan zərərsizləşdirilib.

APA NTV-yə istinadən xəbər verir ki, zərərsizləşdirilən şəxsin 2018-ci ildə Şırnak şəhər mərkəzinə, 2021-ci ilin əvvəlində isə Diyarbəkir və Batman hava limanına PUA-larla hücumlarını idarə etdiyi qeyd olunub. Onun sözügedən hücumlarda istifadə edilən pilotsuz uçuş aparatlarını dizayn edib istehsal etdiyi müəyyənləşdirilib.

Ötən illərdə Türkiyənin təhlükəsizlik qüvvələrinə qarşı PUA hücumlarına görə Milli Kəşfiyyat İdarəsi tərəfindən hədəf siyahısına daxil edilib.

Qeyd olunub ki, araşdırmalar zamanı Tekin Okanın PUA istehsalı üçün tez-tez İraq və Suriya arasında hərəkət etdiyi müəyyənləşdirilib. Daha sonra İdarənin agentləri fəaliyyət keçib və aparılan əməliyyat çərçivəsində o, zərərsizləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol