Çexiya prezidenti Miloş Zeman “soyuq müharibə”nin qayıdışı üçün səbəb görmür. Musavat.com-un məlumatına görə, bu barədə o, “Bild” qəzetinə müsahibəsində deyib.
“Ukrayna ətrafında münaqişə yoluna qoyulacaq. Ruslar uzun müddət pulsuz və Qərbin texnologiyası olmadan duruş gətirə bilməzlər, ona görə də kompromislərə gedəcəklər”, - deyə prezident qeyd edib.
Onun sözlərinə görə, getdikcə güclənən İŞİD terrorizmi Rusiya ilə müqayisədə Avropa təhlükəsizliyi üçün daha böyük təhlükə kəsb edir. “Bu təhlükə ilə mübarizə bir neçə on il gedəcək. Və onun öhdəsindən gəlmək üçün bütün dünya dövlətlərinin – Avropanın, Rusiyanın, Çinin birləşməsi vacibdir. Əks halda ikinci “11 sentyabr”la üzləşəcəyik” – xəbərdarlıq edib siyasətçi.


Şərhlər