Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür. "Report" xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.
1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
Heydər Əliyev
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Mərkəzi Komitənin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranan kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilən təsis qurultayında partiyanın sədri seçilib.
1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verən Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.
Azərbaycanın Ümummilli Lideri, Prezident Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda Fəxri Xiyabanda dəfn olunub.Heydər Əliyev bir çox dövlət orden və medallara, beynəlxalq mükafatlara layiq görülüb, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilib.
Prezident İlham Əliyev 2022-ci ilin sentyabrın 29-da "Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında" sərəncam imzalayıb. Dövlət başçısının 2022-ci ilin noyabrın 28-də imzaladığı digər sərəncamı ilə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiqlənib. Tədbirlər Planına uyğun olaraq, ölkəmizdə və xaricə Ulu Öndərin anadan olmasının 100 illiyi əlaqədar müxtəlif tədbirlər keçirilir. Həmin tədbirlər ilin sonunadək davam edəcək. 

Şərhlər
Tarixdə bütün fəaliyyəti dövründə öz milleti ve devleti üçün, böyük xidmətlər göstərmiş şəxsiyyətlər haqqında fikir söyləmək, həqiqətən də çox çətindir. Hələ olaki de Azərbaycanın dövlət qruculuğunda danılmaz xidmətləri olmuş Heydər Əliyev haqqında. Sövetlər dönəmində, Rusiyanın başqa ittifaq respublikalarına, xüsusen de müselman respublikalarına qarşı ikili standart baxışları və bundan doğan bütün çətinliklərə qarşı sinə gərən Heydər Əliyev öz Azərbaycanı üçün, o dönəmdə çox böyük işlər görmüşdür. O əmək fəliyyətinə, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təlükəsizlik Komitəsini (DTK) bölmə rəisi, 1958-ci ildə əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə sədr müavini, 1967-ci ildə isə DTK sədri vəzifəsinə təyin olunub və həmin ildə ona general-mayor rütbəsi verilib. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Həmin vəzifəyə təyin olunanda ilk üç ayı Heydər Əliyev heç kimi qəbul etməyib. İlk qəbuluna çağırdığı şəxs sonradan Kənd Təsərrüfatı naziri olmuş, həmin dövrdə Moskovada yer qruluşu təhsilini başa vurub Kənd Təsərrüfatı nazirliyində şöbə müdiri işləyən kənc bir oğlanı qəbuluna çağırtdırıb. Bu o dövr idi ki, “Ermənistan “ Ali Söveti Qarabağın “Ermənistana” verilməsi ilə bağlı qərar çıxararaq Moskovaya göndərmişdilər. O dövrüdə “Ermənistanın” birinci katibi K.Demirçiyan idi. Heydər Əliyev həmin gənclə görüşərək, ona sen Moskovanın arxivindən 19-cu əsrə aid bir xəritə çıxarmısan o sende qalırmı. Təbii ki qalırdı. Heydər Əliyev ona get səni bir daha çağıranda həmin xəritəni də götürüb gələrsən. Bunu mənə danışan kişi, deyir az keçmədi ki, zəng gəldi ki, o əmanəti də götür Bakı Dilican qatarında filan nömrəli qatarda axşam yola düşəcəksən. Getdim, qatar gola düşdü və gecə saat 3-də iki nəfər qara geyimli şəxs gəldi ki, arxamızca gəl. Men getdim ki, Heydər Əliyev də vaqonda. Səhərə kimi xəritə üzərində söhbət oldu. İşıqlananda Qazağa çatanda məni düşürdüb, Rayonun birinci katibinə tapşırdı. Sonradan məlum oldu ki, o Dilicanda Demirçiyanla görüşə gedib. Heydər Əliyevlə o görüşdən sonra Demirçiyan “Ermənistan” Ali Sovetində çıxış edərək Qarabağla verdikləri qərarı geri çağırtdırmışdır. Bəli bu Heydərv Əliyevin Azərbaycan üçün etdiyi minlərlə epizodlardan biri idi. Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub, 1974–1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsinə təyin edilib. Heydər Əliyev 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilib və eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunub. Bunun canlı şahidiyəm ki, məhz Moskovada bu vəzifəyə seçilərkən o dövrdə “Ermənistanda” sanki matəm elan olunmuşdu. Çünki, ermənilər Heydər Əliyevin Moskovaya belə bir yüksək vəzifəyə aparılmasını heç cür qebul edə bilmirdilər. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib. Sonda SSRİ-nin sonuncu başçısı Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq, 1987-ci ilin oktyabrında tutduğu vəzifələrdən istefa verib.
1990-cı ildə Bakıya qayıdan Heydər Əliyev sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib. O, 1991-ci il sentyabrın 3-dən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri, müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini seçilib və 1993-cü ilədək bu vəzifədə çalışıb. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı bir vaxtda Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.
1993–2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti vəzifəsini icra edib. 2003-cü ildə Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmiş və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.
Bele bir şərəfli və məhsuldar ömür yoly keçmiş Heydər Əliyev bütün fəaliyyətində Azərbaycanın üçün əlindən gələni etmişdir. Sonda isə tarixdə ikinci kərə müstəqilliyinə qovuşan Azərbaycanın o ağır günərində, baxmayaraq ki səhəti buna imkan vermirdi, amma o hər şeyə rəğmən ömürünün sonuna kimi, Azərbaycanın bütünlüyü və müstəqil dövlət qruculuğunda misilsiz xidmətlər göstərmişdir. Vətənini millətini sevən bir ziyalı olaraq, şəhsim tərəfindən bu bir etirafdır, məddahlıq deyil. Çünki, keçmişine deyer vermeyen millet geleceyini inşa edə bilməz. Təssüf ki, Heydər Əliyev iktidarında yüksək mövqe tutmuş, bəhrələnmiş, amma bütün fəaliyyətlərində onun və hətta onun devamçısının etimadına kölgə düşürənlər bu gün də mövqelərində öz çirkin əməllərini davam etdirirlər və utanmadan da ildə bir dəfə gedib Heydər Əliyevin mezarı qarşısında iki qat əyilib, bununla da öz vəzifələrini bitmiş sanırlar. Dediyim kimi, Heydər Əliyev özü öz ömür destanını yazıb və bu desatan Azərbaycan xalqının tarixində əbədiyyən yaşayacaqdır. Təbii ki, belə bir tarix yzamış şəxsiyyət haqqında, haqqı, hüququ və ləyaqəti çaymayanların onun haqqında boğazdan yuxarı danışmalarına onun ehtiyacı yoxdur.