Menu

Paşinyanın saatı şübhələrə yol açıb – Milli Təhlükəsizlik Xidmətinə müraciət olunub

10.05.2023, 14:17
Paşinyanın saatı şübhələrə yol açıb – Milli Təhlükəsizlik Xidmətinə müraciət olunub

Ermənistan Baş naziri Nikol Paşinyan Korrupsiyanın qarşısının alınması komissiyasına təqdim etdiyi bəyannamədə bahalı qol saatını qeyd etməyib.

“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistanın “Joqovurd” nəşri yazıb.

Məlumatda deyilir ki, sözügedən komissiya Paşinyanla yanaşı, Baş nazirin müavini və bir neçə nazirin təqdim etdikləri bəyannamələrdə pozuntuların olduğunu, gəlirlərin gizlədildiyini qeyd edib. Qurum hətta bununla bağlı Mill Təhlükəsizlik Xidmətinə müraciət edərək, Paşinyanın saatı da daxil olmaqla, sözügedən məmurların gizlədilən gəlirlərinin mənbəyini, bu şəxslərin bizneslə məşğul olub-olmadığını araşdırmağı xahiş edib.

Məlumatda deyilir ki, Paşinyanın aylıq maaşı 1.580 min dramdır ki, bu da təxminən 4 min ABŞ dolları edir. Onun taxdığı saat və geyindiyi bahalı kostyumların dəyəri isə aldığı əmək haqqını xeyli üstələyir. Həmçinin, qeyd olunur ki, Paşinyanın arvadı da bahalı geyim və qızıl-zinət əşyaları ilə seçilir.

“AzPolitika.info”

Şərhlər

Mubariz 2023-05-10 16:02:57

Ölkə düzəlməyə doğru gedir ,ermənidə olsanız nümunə göstərirsiz

Roma 2023-05-10 14:51:55

Orta Asiya respublika rəhbərlərinin tədbirə qatılmaları başa düşüləndir, belə ki, Qazaxıstan Ukraynadan sonra əsas hədəf olduğundan, Özbəkistanda Qaraqalpaq problemi, Türkmənlərin neft-qaz xətlərində partlayışların olmamasının qabağlayıcı tədbiri kimi və nəhayət Tacik-Qırğız konfliktlərinin də olmaması baxımından Moskvadan çəkinmələridir. O ki, qaldı ermənistan və belarusa bunlar rusiyanın bir vilayətləridir...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol