Menu

Putin baş redaktorlarla qapalı görüş keçirdi - Kremlə dron hücumu haqda nə deyib?

10.05.2023, 15:02
Putin baş redaktorlarla qapalı görüş keçirdi - Kremlə dron hücumu haqda nə deyib?

Rusiya Prezidenti Vladimir Putin bir qrup media qurumlarının baş redaktorları ilə qapalı iclasda pilotsuz uçuş aparatlarının Kremlə hücumunu şərh edib

"AzPolitika.info" xəbər verir ki, bu barədə “Kommersant” qəzetinin müxbiri Andrey Kolesnikov özəl mənbələrə istinadən yazır. 

Jurnalistin sözlərindən belə çıxır ki, prezident iki yox, bir dronun hücumundan danışıb, vurulmuş qurğuda xüsusi heç nə olmadığını deyib.

Mayın 3-də Kremlin ilk binası kimi tanınan Senat Sarayının günbəzi ərazisində əks istiqamətdən gələn iki pilotsuz təyyarə təxminən 16 dəqiqəlik fasilə ilə partlayıb. Hadisənin məsuliyyətini üzərinə götürən olmayıb. 

Moskva bunu terror aktı və Putinə sui-qəsd cəhdi adlandırıb və hücumda Kiyevi günahlandırıb. Ukrayna hakimiyyəti olayda iştirakını təkzib edir.

Kolesnikov yazır ki, Putin dronlarla bağlı suala cavabında hücum edən qurğuda xüsusi bir şey olmadığını, onun simdən və plastikdən kustar üsulla hazırlandığını deyib. Onun sözlərinə görə, əldəqayırma pilotsuz təyyarələr Rusiyanın Suriyadakı Xmeymim bazasına dəfələrlə hücum etdiyinə görə, onunla tanışdırlar.

Kolesnikovun sözlərinə görə, bu dəfə prezidentlə görüş qısa olub, daha sonra prezident parad üçün Moskvaya dəvət olunmuş xarici dövlətlərin başçıları ilə görüşə gedib. Jurnalistin sözlərinə görə, Kreml dəvət olunmuş qonaqların demək olar ki, hamısının parada gəlməsinə təəccüblənib. 

"Hətta gəlməyə hazırlaşmayanlar da gəldi" -  deyə, bildirib.

Kolesnikov vurğulayıb ki, bu il Qırmızı Meydandakı paradda təhlükəsizlik tədbirləri görünməmiş səviyyədə olub. O yazıb ki, tribunalara çatmaq üçün dörd yoxlama məntəqəsini keçmək lazım idi.
"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol