Menu

Pakistanda internet məhdudlaşdırılıb - İmran Xanın həbsi vəziyyəti gərginləşdirib

10.05.2023, 17:08
Pakistanda internet məhdudlaşdırılıb - İmran Xanın həbsi vəziyyəti gərginləşdirib

Pakistan Telekommunikasiya İdarəsi keçmiş Baş nazir İmran Xanın həbsindən sonra mobil genişzolaqlı xidmətləri dayandırıb.

“AzPolitika.info” xəbər verir ki, Pakistan Telekommunikasiya İdarəsi İmran Xanın həbsindən sonra Daxili İşlər Nazirliyinin göstərişi ilə ölkə daxilində genişzolaqlı mobil rabitəni dayandırdığını təsdiqləyib.

İnternet kəsintilərini izləyən “Netblocks” təşkilatı, PTI sədri İmran Xanın Əl-Qadir Trust işində bu gün səhər saatlarında İslamabad Ali Məhkəməsinin binasından həbs edilməsi fonunda Twitter, Facebook və Youtube-a girişin Pakistanda məhdudlaşdırıldığını bildirib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol