Belə görünür ki, Ukraynada davam edən müharibə öz qəddarlığı ilə bərabər bir çox yeniliklərilə də tarixə düşəcək.
“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, mayın 9-da Baxmut istiqamətində gedən döyüşlər zamanı bir Rusiya hərbçisi Ukrayna dronuna təslim olub.
Belə ki, başının üzərində Ukrayna dronunu görən hərbçi silahını ataraq, təslim olmaq istədiyini işarə edib. Ardınca, Ukrayna hərbçiləri həmin dron vasitəsilə rus əsgərinə istiqamət verərək, onun sağ-salamat əsir düşməsinə şərait yaradıblar.
Dronun ardınca hərəkət edən rusiyalı hərbçi bu yolla canını qurtara bilib. Həmin hadisəni əks etdirən videogörüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub.
“AzPolitika.info”


Şərhlər