Menu

Çinin kosmik yük gəmisinini buraxılışı uğurlu olub

11.05.2023, 00:57
Çinin kosmik yük gəmisinini buraxılışı uğurlu olub

Çinin “Tyançjou-6” kosmik yük gəmisinin orbitə buraxılışı uğurlu olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin cənub-qərbindəki Siçuan əyalətində yerləşən Siçan kosmodromunun buraxılış mərkəzinin rəhbəri Den Huntsin bildirib.

“Tyançjou-6” tam olaraq müəyyən edilmiş orbitə çıxıb, onun günəş yelkəni açılıb, gəmi normal iş rejimində işləyir. Buraxılışın uğurlu olduğunu bəyan edirəm”, - D.Huntsin Çin Mərkəzi Televiziyasının efirində deyib.

Raketin buraxılışı Haynan əyalətinin şimal-şərq sahilindəki Vençan kosmodromundan, “Çançjen-7” (CZ-7) raketi vasitəsilə Pekin vaxtı ilə saat 21:22-də həyata keçirilib. Siçan kosmodromu Haynan “ulduz limanının” fəaliyyətini kurasiya edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol