Menu

“Priqojin yalan danışır” - “O, hələ də Baxmutun 85 faizinə nəzarət edir”

11.05.2023, 13:11
“Priqojin yalan danışır” - “O, hələ də Baxmutun 85 faizinə nəzarət edir”

“Priqojinin “Vaqner”-in “mərmi aclığı çəkdiyi” və Baxmutu tərk etməsi barədə dedikləri yalandır”.

“AzPolitika.info” xəbər verir ki, bunu Amerikanın “Politico” nəşri Ukraynadakı savaşla bağlı növbəti məqaləsində bildirib. “Politico” bu məlumatı yüksək rütbəli Ağ ev rəsmilərindən aldığını qeyd edib.

Məlumatda deyilir ki, Priqojinin bəyanatlarına baxmayaraq, “Vaqner”-in kifayət qədər silah-sursatı, digər təminatları var və o, hələ də Baxmutun təxminən 85 faizinə nəzarət edir.

Həmçinin, bildirilir ki, “Vaqner” doğrudan da müəyyən itkilər verib və bu itkilərin yerinin “kadırovçular” tərəfindən doldurulacağı istisna olunmur.

Priqojinin çıxış və bəyanatlarına gəlincə, bidlirilir ki, “vaqnerçiləri” Baxmutda qurbanlıq kimi önə ataraq, ölümə göndərən “Putinin aşbazı” elə bir ciddi əhəmiyyəti olmayan bu şəhərin alınması prosesini öz siyasi ambisiyalarına nail olmaq yolunda və Müdafiə Nazirliyi rəhbərliyi ilə qarşıdurmada alət kimi istifadə edir.

Xatırladaq ki, bir neçə gün öncə “mərmi aclığından” gileylənən Priqojin “Vaqner”-in Baxmutu tərk edəcəyinə dair ultimatum versə də, sonradan sözünü geri götürdü.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol