Moskvanın 3 gün ərzində qələbə qazanacağını düşündüyü müharibə artıq 15-ci ayına daxil olur.
“AzPolitika.info” xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin sədri Rob Bauer Belçikanın paytaxtı Brüsseldə NATO ölkələrinin Baş Qərargah rəislərinin toplantısından sonra keçirilən mətbuat konfransı zamanı deyib.
Bauer Rusiya ilə Ukrayna arasındakı müharibənin NATO-nun siyasətinə həlledici təsir göstərdiyini bildirib: “Rusiyanın Ukraynadakı müharibəsi və Avro-Atlantik bölgənin təhlükəsizliyi üçün təhdidi onilliklərdir ən yüksək səviyyədədir. Ukrayna xalqı və ordusu bizi təəccübləndirməkdə davam edir. Ukraynalı həmkarlarımız son vəziyyətlə bağlı ətraflı hesabatlar təqdim etdilər.NATO Ukraynaya lazımı səviyədə dəstək verəcək”.
“AzPolitika.info”


Şərhlər