Menu

“Rusiya məhbusları müharibəyə cəlb etmək səylərini artırıb” – Britaniya kəşfiyyatı

11.05.2023, 14:10
“Rusiya məhbusları müharibəyə cəlb etmək səylərini artırıb” – Britaniya kəşfiyyatı

Rusiya Müdafiə Nazirliyi rusiyalı məhbusları Ukraynadakı müharibəyə cəlb etmək səylərini artırıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat hesabatında bildirilir.

Hesabata görə, təkcə aprel ayında cəbhəyə gönədərilmək üçün 10 minə yaxın məhbus qeydiyyata alınıb.

Hesabatda məhbusların müharibəyə cəlb edilməsinin Rusiya hərbçilərinin döyüş meydanındakı sayını artırmağa hesablanan addım olduğu vurğulanıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol