Menu

Tibb işçisi ilə pasiyent arasında insident - Xəsarət alan var

11.05.2023, 16:03
Tibb işçisi ilə pasiyent arasında insident - Xəsarət alan var

"Yeni Klinika"da tibb işçisi ilə pasiyent arasında insident olub, xəsarət alan var.

"Report" xəbər verir ki, bunu klinikanın Media, Korporativ Kommunikasiya və PR üzrə mütəxəssisi İlham Məmmədzadə deyib.

O bildirib ki, bir neçə gün öncə səhər saat 7:00 radələrində müayinə üçün müraciət edən Hüseynov Elxan Hüseynbaba oğlu adlı şəxs klinikanın növbə gözləmə aparatından özü ilə yanaşı müəssisəyə gəlməyən daha 3 nəfər üçün də növbə götürmək istəyib: "Müəssisənin tibbi qeydiyyatçı vəzifəsində işləyən əməkdaşı ona qanunvericiliyin tələblərinə əsasən müəssisədə olmayan şəxslərə növbənin verilməməsi barədə məlumat versə də, qarşı tərəf buna kəskin etiraz edib. Vətəndaşa təkrarən bunun qanunazidd olduğunu bildirdikdən sonra E.Hüseynov ətrafda olan çox sayda şəxslərin yanında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər törədərək, klinika əməkdaşının şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaq məqsədi güdən “şərəfsiz”, “küçük” kimi təhqiramiz ifadələr işlədərək “səni işdən çıxartdıracam”, “başına oyun açacam” deməklə hədə-qorxu gələrək ondan müəssisədə olmayan üç nəfər üçün növbə sənədi verməsini tələb etməkdə davam edib".

İ.Məmmədzadənin sözlərinə görə, vətəndaş qeydiyyatçının əlində olan növbə sənədlərini almaq üçün onun üzərinə hücum edərək ona zor tətbiq edib sağlamlığına zərər yetirib, qollarını yaralayıb: "Bu faktla əlaqədar olaraq Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin vasitəsilə məhkəmə-tibbi ekspertizasından keçirilib. Bundan əlavə Hüseynov Elxan Hüseynbaba oğlu qanunvericiliyin tələblərinə zidd olaraq heç bir icazə olmadan gizli surətdə müəssisənin daxilində video və foto çəkilişlər edib. İctimai yerdə, çox saylı vətəndaşların yanında klinika əməkdaşının üzərinə hücum edərək ona zor tətbiq edib, bədən xəsarəti yetirdiyi, əxlaqa zidd sözlərlə onu təhqir etdiyi üçün Hüseynov Elxan Hüseynbaba oğlunun cinayət məsuliyyətinə cəlb olunması üçün Bakı Şəhəri Nizami rayon Prokurorluğuna müraciət edilib. Hazırda ibtidai araşdırma aparılır".

Şərhlər

dadaşyev 2023-05-11 21:25:42

Belə başa düşdüm ki,bu adam növbə almaq məsələsində şərə düşüb.Bəli,şərə düşmək buna deyirlər.Və ya torba tikmək.Eyni mənalıdır yəni.Belə ki qatı-qutu salıb aparıblar bunu rəisin yanına ki, “Budur eşidilməz cinayətlərə cəsarət edən qabarmış qul”.Rəis deyib ki,”Cinayətlərini sayın”.Birisi deyib “Ədalətli rəis,əvvəla o,saray xəstəxanasına girib”.O birisi deyib ki,”O,murdar nəfəsiylə xəstəxananın havasını zəhərləyib”.Bir başqası deyib ki,”O,çirkli ayaqqabılarıyla xəstəxananın dəhlizlərini tapdalayıb”.Dördüncüsü nəsə demək istəyəndə bilməyib nə desin,rəis də görüb adam heç nə tapammır,deyib kifayətdir,yəni elə bu deyilənlərlə də torba tikmək mümkündür bizdə hər kəsə.Çünki demokratiyadır.Yəni qanunun aliliyi.Vallah, ay toplum, yəni bir yerə toplanan insanlar,“demokratiya” nə deyən şeydirsə deyəmmərəm,çünki evdə bişməyib,qonşudan gəlməyib,nə bilim,savadsız cahil adamam,amma “demaqoq” kəsinliklə yunan sözüdür və demos-qoqos sözlərindən ibarətdir.İndi işə prokurorluq baxmalıdır.Elə ümid də prokuroradır yəni.Çünki prokuror rəis deyil.

t.ədalət 2023-05-11 16:39:25

Tibb müəssisələri TƏBİB-ə veriləndən sonra poliklinika və xəstəxanalarda "mühafizə alayı" yaradılıb.Əvvəllər belə bir qoluzorlular yox idi.İndi,sanki,vətəndaşları vəhşi yerinə qoyub onlarla hədə-qorxu ilə davranırlar.Belə kobudluqlarla mən də qarşılaşıram.Sadəcə,müdrüklərin dediyi kimi,"iki dəlinin əlində zəncir qırılar,amma bir ağıllı ilə bir "mühafizəçinin əlində sap da qırılmaz".Yəni,gördün dəli sapı dartır,sən boşalt! İndi TƏBİB-in müəssisələrinə yolu düşənlər bu məsəli yadlarında saxlamağa məcburdular.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol