Menu

Rusiya Arestoviçi terrorçu elan etdi - Arestoviç cavab verdi

11.05.2023, 18:21
Rusiya Arestoviçi terrorçu elan etdi - Arestoviç cavab verdi

Rusiya Ukrayna Prezident Ofisinin sabiq müşaviri Aleksey Arestoviçi rəsmən “terrorçular və ekstremistlər” siyahısına salıb.

“AzPolitika.info” xəbər verir ki, bununla bağlı “RİA-Novosti” məlumat yayıb. Ukraynaya qarşı işğalçılıq müharibəsi başlayandan bu yana öz ölkəsində və Rusiyada böyük populyarlıq qazanan Arestoviçin Rusiyanı ifşa edən canlı efirləri yüz minlərlə izləyici toplayır. 

Belə görünür ki, Kreml onu rəsmi Kiyevin ən effektiv təbliğatçılarından saydığı üçün “terrorçular siyahısı”na salıb.

Qeyd edək ki, Belarus rəhbərliyi hələ ötən il eyni addımı atmışdı və Belarus kökləri olan Arestoviçi terrorçu elan etmişdi.

Rusiyanın bu qərarına Aleksey Arestoviç öz sosial şəbəkə səhifəsində qısa və özünəməxsus tərzdə cavab verib: “Xırda şeydir, amma xoşdur”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol