“Çin artıq Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə vasitəçi olmaq imkanını itirib”.
“AzPolitika.info” xəbər verir ki, bunu Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel deyib.
O qeyd edib ki, Çin Rusiyaya təsir göstərə və müharibənin dayandırılmasına kömək edə bilər.
Eyni zamanda, Avropa diplomatiyasının rəhbəri hesab edir ki, Çin bu müharibədə daha çox rusiyapərəst mövqe tutması səbəbindən vasitəçi olmaq imkanını itirib.
Borrell əlavə edib ki, ruslar ukraynalılara hücum etməzdən əvvəl Rusiya Federasiyası və Çin liderlərinin elan etdikləri “məhdud dostluğun” hələ də öz həddi var.
“Bu, bir növ qeyri-məhdud dostluqdur. Bu cütlük kifayət qədər balanssızdır. Rusiyada dünya ÜDM-nin cəmi 1%-i var ki, bu da iqtisadi cəhətdən, məsələn, İtaliya və ya İspaniya ilə müqayisə edilə bilər. Çin isə dünya ÜDM-nin 20%-ni təşkil edir. Bəli, Çin Rusiyanı dəstəkləyir, lakin indiyə qədər Rusiyaya hərbi yardım göstərməyib. Biz ayıq olmalıyıq ki, Rusiyanı Çinin əlinə keçirməyək. Amma mən düşünmürəm ki, Çin orada (Rusiyada) baş verənlərlə bağlı özünü çox rahat hiss edir”, - Borrel bildirib.
“AzPolitika.info”


Şərhlər