“Rusiya ilə danışıqlara getməklə bağlı Ukraynaya təzyiq göstərməyin!”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski “BBC”-yə müsahibəsində deyib.
Zelenski bəzi ölkələri onlara məsləhət verməməyə çağırıb:“Mən inanıram ki, Ukraynanın sülh planı formatını təklif etməsi tamamilə ədalətlidir, çünki müharibə burada, bizimlədir. Hesab edirəm ki, dünyanın heç bir ölkəsinin buna haqqı yoxdur. Onlar məsləhət vermək üçün deyil, Ukraynaya kömək etmək üçün güclərini birləşdirməlidirlər. Siz Ukraynanı bəzi dəyərlərindən və maraqlarından geri çəkilməyə məcbur edə bilməzsiniz! Siz Ukraynanı öz ərazilərindən imtina etməyə məcbur edə bilməzsiniz!”.
Zelenski bəzi ölkələrin sülh təşəbbüsləri ilə bağlı da danışıb: “Bütün dövlətlər indi sülhlə bağlı öz perspektivlərini açıqlayacaqlar. Biz Çinin təşəbbüslərini görmüşük, Latın Amerikasının təşəbbüslərini görəcəyik, başqa dövlətlərin təşəbbüsləri də olacaq. Bu barədə Şərq ölkələrindən, ərəb dövlətlərindən də bəzi siqnallar alırıq. Burada təzyiqin olmaması vacibdir. Ona görə də kim öz təşəbbüsünü irəli sürürsə, bu təşəbbüslər bizim sülh planlarımızın formatına uyğun olmalıdır. Düşünürəm ki, ədalətli olan budur”.
“AzPolitika.info”


Şərhlər