Menu

“Hərbi və dövlət obyektlərinə növbəti hücumlar olarsa...” – Pakistan ordusu xəbərdarlıq etdi

12.05.2023, 15:58
“Hərbi və dövlət obyektlərinə növbəti hücumlar olarsa...” – Pakistan ordusu xəbərdarlıq etdi

Pakistan Ordusunun media qanadı olan Xidmətlərarası İctimaiyyətlə Əlaqələr İdarəsi (ISPR) mayın 9-da baş verən hadisələri ölkə tarixində “qara səhifə” adlandırıb.

“AzPolitika.info” xəbər verir ki, ISPR urdu dilində yaydığı bəyanatda Pakistanın keçmiş Baş naziri İmran Xanın həbsindən sonra keçirilən etirazlar zamanı ordunun əmlakına və obyektlərinə zərər verildiyini bildirilir.

ISPR, İmran Xanın həbsindən sonra başlayan etirazlarda ordu əleyhinə şüarların səsləndirilməsini, ordunun mülklərinə və obyektlərinə hücumları pisləyib, etirazçı qruplar daxilində müəyyən elementlərin istifadə etdiyi taktika ilə bağlı narahatlığını qeyd edib: “Onların hərəkətləri öz məhdud və eqoist məqsədləri üçün ölkədəki əhval-ruhiyyəni manipulyasiya etmək cəhdidir. Asayiş qorunmalı və Pakistanın təsisatlarına hörmətlə yanaşılmalıdır”.

Bəyanatda qeyd olunur ki, ordu ölkənin mənafeyi namnə ifrat dözümlülük, son dərəcə səbir və təmkin nümayiş etdirib: “Biz yaxşı bilirik ki, bunun arxasında bəzi mənfur şəxslərin göstərişləri və planları dayanıb. Köməklik göstərən, planlaşdırma və siyasi təhrikdə iştirak edənlər müəyyən edilib, onlara qarşı qanuna uyğun olaraq sərt tədbirlər görüləcək. Hərbi və dövlət obyektlərinə növbəti hücumlar olacağı təqdirdə güclü və qətiyyətli addımlar atılacaq”.

SƏMLA

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol