Menu

"Baxmutdakı Rusiya hərbçiləri taqətdən düşüb, mübarizə apara bilmirlər” - Ukrayna SQ

12.05.2023, 17:18
"Baxmutdakı Rusiya hərbçiləri taqətdən düşüb, mübarizə apara bilmirlər” - Ukrayna SQ

“Rusiya qoşunları Baxmutda taqətdən düşüb, mübarizə apara bilmirlər”.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq Qüvvələri Qrupunun nümayəndəsi Sergey Çerevatı deyib.

O bildirib ki, təkcə son sutkada Baxmutda 40 toqquşma olub: “Nəticədə Rusiyanın 190 hərbçisi məhv edilib, 244-ü yaralanıb, 15 nəfər əsir götürülüb. Düşmənin 3 tankı, 1 piyadaların döyüş maşını, 3 haubitsiyası, 5 sursat anbarı məhv edilib. Bu onu göstərir ki, müdafiə əməliyyatımız uğurla gedir”.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Baxmutda əks-hücum əməliyyatlarına başlayıb. Rusiya Müdafiə Nazirliyi də bu məlumatı təsdiqləyib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. 7 aydan çoxdur ki, Baxmutda gərgin döyüşlər gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol