Menu

Mursinin və “Müsəlman qardaşları” liderlərinin edamı tələb edildi

20.11.2014, 00:44
Mursinin və “Müsəlman qardaşları” liderlərinin edamı tələb edildi

Prokurorlar Misirin həbsdə olan sabiq prezidenti Məhəmməd Mursi və “Müsəlman qardaşları”nın digər liderlərinin edamını tələb ediblər. Musavat.com xəbər verir ki, məlumatı “Associated Press” yayıb.

İttihamçı Əmad əl-Şəravi məhkəmə iclasında bildirib ki, Mursi və tərəfdarları bir illik hakimiyyətləri dövründə xarici kəşfiyyat xidmətlərinə, o cümlədən, İran kəşfiyyatına məxfi sənədləri açıblar.

Məhəmməd Mursi, “Müsəlman qardaşları”nın lideri Məhəmməd Badi və daha 34 nəfər Misirdə qeyri-sabitlik yaratmağa cəhddə ittiham olunurlar.

Məhəmmdə Mursi məhkəmədə günahsız olduğunu bəyan edib. O, noyabrın 26-da keçiriləcək növbəti məhkəmə iclasında müdafiə çıxışı etməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol