Çeçenistandan daha bir dəstə Ukraynaya göndərilib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Çeçenistan lideri Ramzan Kadırov “Telegram” hesabından paylaşım edib.
O, həmin paylaşımda bunları yazıb: “Bu gün Çeçenistan peşəkar döyüşçülərin hazırlandığı bazaya çevrilib. Hər həftə Qroznı beynəlxalq hava limanından “xüsusi hərbi əməliyyat”da iştirak etmək üçün könüllü dəstələr yola düşür. Cinayətkarlar üzərində qələbəmizə böyük töhfə verən “Axmat”la qürur duyuram”.
“AzPolitika.info”


Şərhlər
Kadırovu bu müharibədə Putin özü təxribat qurub öldürtdürəcək.Çünki Putinə yaxın dost lazım deyil.Pullarını hərlətdirdiyi oliqarxları isə bir başqa təxribat yolu ilə qətlə yetirəcək.