Menu

Prezidentin iqamətgahına daxil olmaq istəyən şəxs saxlanıldı

20.11.2014, 08:49
Prezidentin iqamətgahına daxil olmaq istəyən şəxs saxlanıldı

Vaşinqtonda 41 yaşlı Ayova ştatının sakini Ar Cey Kafim Ağ Evin ərazisinə daxil olmağa cəhd göstərib.

APA-nın Associated Press agentliiynə istinadən verdiyi məlumata görə, mühafizəçilər tərəfindən saxlanılan şəxsin avtomobilində aparılan axtarış zamanı 1 ədəd tüfəng, 40 ədəd patron və bıçaq aşkar edilib.

Kafima qarşı qanunsuz silah saxlama maddəsi üzrə ittiham irəli sürülüb. Qeyd edək ki, sentyabrın 20-də də İraq müharibəsinin 42 yaşlı veteranı Omar Qonzales Ağ Evə qanunsuz olaraq daxil olmuşdu. Bundan sonra isə ABŞ məxfi xidmətinin rəhbəri Culiya Pirson mütəmadi olaraq təkrarlanan analoji hadisələrə görə istefa vermişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol