Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşiyanla Brüssel görüşünə iki gün qalmış Kreml öz emissarını Bakıya və İrəvana göndərib.
Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev əvvəlcə Bakıya gəlib. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İqor Xovayev sülh sazişi üzrə danışıqlar barədə fikir mübadiləsi aparıblar.
Politoloq Elxan Şahinoğlu hesab edir ki, İqor Xovayevi bölgəyə göndərənlərin məqsədi tərəflərin Brüssel və Kişinyovda hansı razılaşmalar əldə edilə biləcəyini ilk mənbədən öyrənməkdir.
“Kreml açıq-aşkar Azərbaycan və Ermənistan liderlərinin Brüssel və Kişinyov görüşlərindən narahatdır, bu mənada sərhəddəki son təxribatların təsadüf olmadığına dair ciddi şübhələr var”, - o qeyd edib.
“AzPolitika.info”


Şərhlər
ABŞ-ın merhum Prezidenti Reyqanın bir fikri var:”Deyirler siyaset fahişelikden sonra ikinci qedim peşedir.Ancaq meni. keçdiyim heyat yolu isbat etdi ki bunlar oxşar peşe olduqlarına göre ikisi de 1-cı yere layiqdir.İndi bınları sülh yox öz iyrenc maraqları esasdır ölen ölsun ise esas deyil ne Haqq ne Edalet hamısı boş şeydir