Menu

Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin edilib

13.05.2023, 15:44
Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin edilib

Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin edilib.

"Report"un əldə etdiyi məlumata görə, bu barədə mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

M.Ələkbərzadə indiyədək çoxsaylı tamaşa və ekran əsərlərinin müəllifi və rejissorudur, Gənc Tamaşaçılar Teatrının və Yuğ Teatrının baş rejissoru vəzifələrində çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol