Menu

"Ukrayna “Storm Shadow” aviasiya raketlərindən istifadə edərək Luqanska zərbə endirib" - Rusiya MN

13.05.2023, 16:05
"Ukrayna “Storm Shadow” aviasiya raketlərindən istifadə edərək Luqanska zərbə endirib" - Rusiya MN

Ukrayna mayın 12-də Britaniyanın Kiyevə verdiyi “Storm Shadow” aviasiya raketlərindən istifadə edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Ukrayna Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri Luqansk vilayətinə raket zərbəsi endiriblər, bu zaman onlar Böyük Britaniya tərəfindən Kiyev rejiminə verilən “Storm Shadow” aviasiya raketlərindən istifadə ediblər.

Zərbə nəticəsində Luqanskın qida və kimya müəssisələrinin ərazisində yanğın başlayıb.

Yaxınlıqdakı yaşayış binaları dağılıb. Dinc sakinlər, o cümlədən 6 uşaq yaralanıb. Luqanska raket hücumu həyata keçirən Su-24 təyyarəsi və onu əhatə edən Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcısı vurulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol