Menu

“İran Rusiyaya mindən çox dron və digər silahlar satıb” - Zelenski

14.05.2023, 10:40
“İran Rusiyaya mindən çox dron və digər silahlar satıb” - Zelenski

Rusiya İrandan mindən çox pilotsuz təyyarə və digər silah alıb.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar sayəsində Rusiya Federasiyasında istehsal olunan raketlərin sayı xeyli azalıb.

"Başqa silahlar da var. Bizdə dəqiq məlumat var, onlar bunu bu yaxınlarda ediblər", - prezident bildirib.

Eyni zamanda prezident əlavə edib ki, hava hücumundan müdafiə vasitələri sayəsində Ukrayna özünü bu dronlardan müdafiə etməyi bacarır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol