“Qoşunlarımızın Baxmut istiqamətində irəliləməsi hücum əməliyyatlarının ilk uğuru hesab oluna bilər. Son bir neçə gün göstərdi ki, biz son dərəcə çətin şəraitdə belə irəliləyib, düşməni məhv edə bilərik”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski deyib.
Sırski qeyd edib ki, Ukrayna düşməndən daha kiçik resursla döyüşür.
O, əlavə edib ki, müdafiə üçün lazım olan bütün qərarlar qəbul edilib və komandirlərlə döyüş meydanındakı bütün mümkün ssenarilər müzakirə edilib.
“AzPolitika.info”


Şərhlər