Yeraltı təkanları ölkənin 47 prefekturasından 17-si hiss edib
Yaponiyada 5,3 bal gücündə zəlzələ meydana gəlib.
ANS PRESS-in məlumatına görə, cümə axşamı günü Yaponiyanın şimal-şərqində 5,3 bal gücündə yeraltı təkan qeydə alınıb.
Ölkənin 47 prefekturasından 17-də sakinlər tərəfindən hiss edilən zəlzələnin episentri Fukuşima prefekturasının şərq sahillərində, ocağı 40 kilometr dərinlikdə yerləşib.
Yaponiyanın milli meteoroloji idarəsi zəzələdən sonra sunami xəbərdarlığı elan etsə də, sonra təhlükə olmadığını qeyd edərək, xəbərdalığı geri çağırıb.
Paytaxt Tokioda da hiss edilən zəlzələdə dağıntı və itkilərin olması barədə heç bir məlumat yoxdur.


Şərhlər