Menu

Rusiya Belarusdakı qoşunlarını çıxarır – Hərbçilərin sayı minimuma endirilib

15.05.2023, 15:28
Rusiya Belarusdakı qoşunlarını çıxarır – Hərbçilərin sayı minimuma endirilib

Məlum olduğu kimi, bir neçə ay əvvəl Belarusdakı Rusiya hərbi qruplaşmasının sayı 10-12 min nəfərə çatmışdı və hətta bu qüvvənin artırılaraq, yenidən Kiyevə hücuma cəhd ediləcəyinə dair söhbətlər dolaşırdı. Lakin indi məlum olur ki, əksinə, Rusiya Belarus ərazisində, xüsusilə də Ukrayna sərhədinə yaxın ərazilərdə yerləşdirilən və təlim keçən hərbçilərinin sayını kəskin şəkildə azaldıb.

“AzPolitika.info” xəbər verir ki, yerli mətbuata açıqlama verən Ukraynanın Sərhəd Xidmətinin sözçüsü Andrey Demçenko Rusiyanın Belarus ərazisindəki qoşunlarını çıxardığını bildirib. O, deyib ki, hazırda Belarusda cəmi 2500 nəfər rus hərbçisi qalıb.

Demçenkonun dediyinə görə, Rusiya Belarusdakı hərbi təlim düşərgələrində təlim keçmiş əsgərlərini əvvəlcə Rusiya ərazisinə, oradan isə Ukraynanın cənubunda və şərqindəki döyüş zonalarına aparır. Onların əvəzinə isə Belarusa yeni hərbçilər gətirilməyib. Beləliklə də əsgərlərin sayı 12 mindən 2500 nəfərə enib. Bu isə Ukrayna sərhədlərinə heç bir ciddi təhlükə törətmir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol