Menu

"XTQ-nin təlim və məşqlərinin keyfiyyəti daha da artırılmalıdır” - Müdafiə naziri

15.05.2023, 16:02
"XTQ-nin təlim və məşqlərinin keyfiyyəti daha da artırılmalıdır” - Müdafiə naziri

“Xüsusi Təyinatlı Qüvvələrin təlim və məşqlərinin keyfiyyəti daha da artırılmalıdır”.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 15-də keçirilən xidməti müşavirədə bildirib.

General-polkovnik Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Raket və Artilleriya Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr və digər hərbi hissələrin əməliyyat planlarının dəqiqləşdirilməsi, habelə qoşunların qarşılıqlı fəaliyyətdə keçirilən intensiv təlim və məşqlərinin keyfiyyətinin daha da artırılmasının vacibliyini vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol