Menu

Türkiyə millisinin sabiq futbolçuları deputat seçiliblər

15.05.2023, 16:24
Türkiyə millisinin sabiq futbolçuları deputat seçiliblər

Türkiyə millisinin sabiq futbolçuları Alpay Özalan, Saffet Sancaklı və Ünal Karaman millət vəkili seçiliblər.

"Report" DHA-ya istinadən xəbər verir ki, rəsmi olmayan nəticələrə əsasən Özalan AK Partidən, Sancaklı MHP-dən, Karama isə İYİ Partidən qalib olub.

AK Partidən digər namizəd, sabiq futbol hakimi Kuddusi Müftüoğlu, İYİ Partidən məşhur futbolçu Gözhan Zan, CHP-dən isə taekvondoçu İrem Yaman seçkidə qalib gələ bilməyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol