Menu

Rusiyada nüvə zərbəsi sorğusu... - Hər üç rusiyalıdan biri buna haqq qazandırır

15.05.2023, 16:55
Rusiyada nüvə zərbəsi sorğusu... - Hər üç rusiyalıdan biri buna haqq qazandırır

Rusiyanın tanınmış “Levada” sorğu mərkəzi Ukraynaya qarşı nüvə silahından istifadə perspektivi ilə bağlı sorğu keçirib. 

“AzPolitika.info” xəbər verir ki, sözügedən mərkəzin dərc etdiyi sorğunun nəticələri Rusiya cəmiyyətinin Ukraynaya qarşı aqressivlik həddinin kifayət qədər yüksək olduğunu üzə çıxarıb və bu aqressivlik hətta qonşu dövlətə qarşı nüvə silahından istifadəyə belə haqq qazandırır.

Sorğunun nəticələri göstərib ki, rusiyalıların 29 faizi, yəni az qala üçdə biri Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsini məqbul sayır. 56 faiz respondent isə bunun əleyhinə çıxıb və nüvə zərbəsinə haqq qazandırmağın doğru olmadığını bildiriblər.

Kemlin nüvə silahına əl atıb-atmayacağına gəlincə, burada da respondentlərin 29 faizi müsbət cavab verib. Rusiyalıların 60 faizi isə hesab edir ki, Putin hakimiyyəti buna getməyəcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol