Keçmiş Baş nazir İmran Xanın həbsindən sonra zorakılığa görə 26 fakt qeydə alınıb, 564 nəfər saxlanılıb və daha çox həbslər aparılır.
“AzPolitika.info” xəbər verir ki, bu barədə dünən İslamabad polisi rəsmi “Twitter” hesabında bildirib. Zorakı etirazlar zamanı Pakistan rupisi (PKR) dəyərində 25 milyonluq dövlət əmlakına ziyan dəyib.
Etirazçılar 12 avtomobil və 34 motosikleti yandırıb. Silahlı etirazçılar Tarnool polis bölməsini, Sanqcani polis bölməsini və Ramna polis bölməsini hədəf alıb. Etirazlar zamanı Sərhəd Korpusunun 11 əməkdaşı və 71 polis əməkdaşı yaralanıb.
Şənbə günü Lahorda Pəncab Təhlükəsiz Şəhər Administrasiyasının qərargahında keçidiyi iclasda Pakistanın baş naziri Şahbaz Şərif səlahiyyətlilərə Pakistanın qurucusu və Pakistanın Atası hesab olunan Məhəmməd Əli Cinnahın Lahordakı evinin yandırılmasında (Yandırılan ev 1943-1948-ci illərdə Məhəmməd Əli Cinnanın iqamətgahı olub. Cinnanın evinin 130 yaşı var, Məhəmməd Əli Cinnan bir vaxtlar bu evdə yaşayıb. Bu, Pakistan ordusunun korpus komandirinin evi idi), hərbi və mülki obyektlərdə vandalizm və yanğına görə məsuliyyət daşıyan bütün günahkarları və hücumçuları 72 saat ərzində həbs etməyi əmr edib. Baş nazir daha sonra deyib: “Bu, vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün sürətli tədbirlər tələb edən kritik bir vəzifədir. Bu vəziyyətdən çox narahatam və təcili tədbir görülməsini Pəncabın müvəqqəti baş naziri Möhsin Naqvidən xahiş edirəm”. Şərif deyib ki, o, Möhsin Naqviyə hər hansı bir təxribat aktının qəbuledilməz olduğunu və yanlış hərəkətlərin arxasında duranların həbs edilərək ədalət üçün məhkəmə qarşısına çıxarılacaqlarını açıqlayıb.
Xatırladaq ki, mayın 9-da İslamabadda Pakistan Təhrik-e-İnsaf (PTI) sədri İmran Xanın həbsindən sonra Pakistanda etirazlar başlayıb. PTI tərəfdaşları ölkənin müxtəlif şəhərlərində, o cümlədən İslamabad, Ravalpindi, Lahor, Kəraçi, Qucranvala, Pişəvər və Mərdanda etiraz aksiyaları keçirib.
SƏMLA
AzPolitika.info


Şərhlər