Menu

Dövlət Departamenti Brüsseldəki görüşə münasibət bildirib

16.05.2023, 08:52
Dövlət Departamenti Brüsseldəki görüşə münasibət bildirib

ABŞ Dövlət Departamenti Azərbaycan, Ermənistan və Avropa İttifaqı liderləri arasında baş tutan görüşə münasibət bildirib.

“Report” xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sözçüsünün müavini Vedant Patel brifinqdə bildirib.

“Məlumdur ki, ABŞ bu danışıqların tərəfi olmayıb. Lakin Arlinqtonda ev sahibliyi etdiyimiz danışıqların davamı olaraq, hesab edirik ki, bu, irəliyə doğru mühüm addımlardır, çünki bu iki ölkə arasında davamlı sülhün mümkünlüyü qənaətinə gəlməyə davam edirik”, - o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol