Menu

Ermənistan Təhlükəsizlik Şurası ötən il KTMT-dan çıxmağı müzakirə edib

16.05.2023, 12:56
Ermənistan Təhlükəsizlik Şurası ötən il KTMT-dan çıxmağı müzakirə edib

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq imkanlarını müzakirə edib, lakin indi Yerevanın gündəliyində belə bir məsələ yoxdur.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan jurnalistlərə bildirib.

O, bu ehtimalın 2022-ci ilin sentybarında Azərbaycanla şərti sərhəddə baş verən toqquşmalardan sonra Təhlükəsizlik Şurasının iclasında qaldırıldığını deyib.

“Amma bu addımı atmamaq və İrəvanda keçiriləcək sammit ərəfəsində blokla işi davam etdirmək barədə qərar alınıb”, - deyə Mnatsakan Safaryan deyib.

O, yaxın vaxtlarda KTMT-nın Cənubi Qafqazdakı vəziyyətlə bağlı verdiyi bəyanatın müzakirə olunacağını deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol