Menu

XİN Rusiyanın ödənişi edilən silahları hələ də Ermənistana vermədiyini təsdiqləyib

16.05.2023, 13:18
XİN Rusiyanın ödənişi edilən silahları hələ də Ermənistana vermədiyini təsdiqləyib

Ermənistan Xarici İşlər Nazirliyi ölkənin Rusiyadan ödənişini etdiyi silahları hələ də almadığını təsdiqləyib.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Mnatsakan Safaryan jurnalistlərə deyib.

“Biz bu işi davam etdirməyə çalışırıq. Ödənişlər edilib, silahlar da gəlməyib".

Xatırladaq ki, bundan öncə, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanın Rusiyadan öncədən ödəniş etdiyi silahları ala bilmədiyini demişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol